Bakıda “Xəzər-2017” təlimləri başlayıb

Bu gün Bakıda “Xəzər-2017” beynəlxalq xilasetmə təlimləri başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyi təlimin Bakının Qaradağ rayonu ərazisində keçirildiyini açıqayıb.

Təlimə Xəzəryanı dövlətlərdən 1500-dən çox yanğınsöndürən və xilasedici və 300-dən çox texnika cəlb edilib.

Təlimlərin keçirilməsində məqsəd beynəlxalq xilasedici qrupların suda və ya quruda fövqəladə halın aradan qaldırılması, gəmilərin qəza törətməsi, yanğınlar, binaların uçması zamanı qarşılıqlı əlaqəli fəaliyyətinin işlənməsidir.

Qeyd edək ki, təlimlər noyabrın 4-nə qədər davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş