Bakıdakı hərbi hissələrdə taksofonların sayı artırılacaq

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda yerləşən hərbi hissələrdə taksofonların sayını artıracaq.

“AzeriDefence”nin məlumatına görə, bunu Trend-ə layihəyə yaxın mənbə xəbər verib.

Məlumatda qeyd olunur ki, taksofonlar həmçinin azadlıqdan məhrum etmə müəssisələrində quraşdırılacaq.

Mənbə bildirib ki, bu zonalarda taksofonlara tələbat çox böyükdür.

Qeyd edək ki, hazırda “Bakı Telefon Rabitəsi” xidmət dairəsinə 355 taksofon fəaliyyət göstərir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş