Bakının azad edilməsinin 102 illiyi ilə əlaqədar Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub

Bakının azad edilməsinin 102 illiyi ilə əlaqədar Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub

Bakı şəhərinin azad edilməsinin 102  illiyi ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər keçirilir.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 15-də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə nazirliyin bir qrup hərbi qulluqçusu və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Abidələr qarşısına Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə iki dövlətin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığı və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğu qeyd edilib, iki ölkə arasında əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğu və bu əlaqələrin daim inkişaf etdiyi vurğulanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş