Baltik dövlətləri birlikdə zirehli maşın istehsal edəcəklər

Baltik dövlətləri birlikdə zirehli maşın istehsal edəcəklər

Estoniya, Finlandiya və Latviya zirehli texnikanın birgə istehsalını planlaşdırır.

Bu barədə “AzeriDefence” Estoniyanın Müdafiə Nazirliyinə istindən məlumat verib.

Bununla bağlı dekabrın 18-də Estoniya Müdafiə naziri Jüri Luik, Latviyanın Müdafiə naziri Artis Pabriks və Finlandiya Müdafiə Nazirliyinin katibi Jukka Juusti niyyət protokolu imzalayıblar.

Razılaşmaya əsasən, üçtərəfli müdafiə sahəsində əməkdaşlıq çərçivəsində Estoniya, Latviya və Finlandiya zirehli texnika nümunələrinin birgə yaradılması və istehsalını həyata keçirəcəklər.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş