Baltik ölkələri silahlanır

Latviya Silahlı Qüvvələri ABŞ-dan “Stinqer” – daşınan zenit-raket kompleksi alır.

“AzeriDefence”nın yerli mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı Latviya Silahlı Qüvvələrinin baş komandanı, general-mayor Raymonds Qraube verib.

O bildirib ki, bu barədə qərar onun bu yaxınlarda ABŞ-a etdiyi səfər zamanı verilib.

Alınacaq sistemin sayı isə yaxın vaxtlarda başlanacaq danışıqlar zamanı müəyyənləşdiriləcək.

R. Qraube onu da əlavə edib ki, ABŞ Ordusunun ağır texnikalarının Latviyada dislokasiyasına bu ilin payızından başlanacaq.

Məlumatda o da qeyd olunub ki, ABŞ müdafiə naziri Eşton Karterin bölgəyə səfəri çərçivəsində əldə olunan razılığa əsasən Estoniyaya da Birləşmiş Ştatların iri hərbi kontingenti yerləşdiriləcək. Karter Estoniyada olan zaman bildirmişdi ki, ABŞ Silahlı Qüvvələrinin 250 ədəd ağır texnikası adıçəkilən bölgədə dislokasiya ediləcək.

Bundan başqa NATO ölkəsi olan Estoniya Norveçdən piyadaların döyüş maşını (PDM) da alacaq.

Norveç Müdafiə Nazirliyindən informasiya təsdiq olunsa da texnikanın sayı haqqında bilgi verilməyib.

Qeyd edək ki, kompleks təyyarə və helikopteri aşağı məsafədən vurulması üçün nəzərdə tutulub. Ehtimal olunur ki, PZRK “Adaji” hərbi bazsında yerləşdiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş