BALTNET Hava Nəzarəti Şəbəkəsi gücləndirilir

BALTNET Hava Nəzarəti Şəbəkəsi gücləndirilir

Litva Seymi Estoniya, Latviya və Litva Hökumətləri tərəfindən imzalanmış Baltik Hava Nəzarəti Şəbəkəsi və İdarəetmə Sistemi Təşkilatının (BALTNET) yaradılması haqqında yeni sazişi ratifikasiya edib.

Bu barədə “AzeriDefence” Litvanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Müqavilədə Baltikyanı üç ölkənin Baltik Hava Nəzarəti Şəbəkəsi və İdarəetmə Sisteminin (BALTNET) təşkili ilə bağlı əməkdaşlıq təsvir edilib.

“BALTNET Litva, Latviya və Estoniyanın milli hava məkanının suverenliyini təmin edir. Baltik Hava Nəzarəti Şəbəkəsi və İdarəetmə Sisteminin gələcək konfiqurasiyasına dair razılaşma, NATO-nun sülh və ya böhran vəziyyətində hava nəzarətini gücləndirəcək”, deyə Litvanın Müdafiə naziri Raimundas Karoblis bildirib.

BALTNET NATO-nun İnteqrasiya edilmiş Hava və Raketdən Müdafiə Sisteminə (NATINAMDS) inteqrasiya olunub. NATINAMDS-in bir hissəsi olaraq BALTNET hazırkı NATO Baltik Hava Polisi Missiyasının ehtiyaclarını qarşılamalıdır.

Yeni razılaşmaya əsasən BALTNET-in yeni konfiqurasiyası Baltikyanı ölkələrin hər birində üç ayrı Komanda və İdarəetmə Mərkəzindən, radiolokasiya postlarından, radarlardan, radio avadanlıqlarından və rabitə xətlərindən ibarətdir. Hər üç Mərkəz müvafiq ərazilərdə və onlara yaxın ərazilərdə hava nəzarətini həyata keçirir, məlumat mübadiləsi aparır və NATO Hava Dəstək Missiyası təyyarələrini rotasiya əsasında idarə edir. Mərkəzlərdən biri Tanınmış Hava Şəkilini yarada və hava polisi aktivlərinə nəzarəti təmin edə bilmədikdə, digəri ehtiyat hissə kimi işə düşür.

Qeyd edək ki, BALTNET-in yaradılmasına dair müqavilə 2007-ci ildə imzalanıb. 2020-ci ilin əvvəlinədək BALTNET-ə Karmelavada yerləşən Kombinə edilmiş İdarəetmə və Hesablama Mərkəzi, nəzarət və hesablama postları və Litva, Latviya və Estoniyada radar postu daxil olub. Kombinə edilmiş İdarəetmə və Hesablama Mərkəzi üç Baltikyanı ölkədəki və Polşadakı radarlardan hava nəzarəti məlumatlarını alaraq, Baltik ölkələrinin hava şəklini Ramştayndakı (Almaniya) NATO Birləşmiş Hava Əməliyyatları Mərkəzinə göndərdi.

Qeyd edək ki, NATO-nun Baltik Hərbi Dəstək Missiyası hazırda İspaniya Hərbi Hava Qüvvələri tərəfindən altı F-18 “Hornet” təyyarəsi ilə aparılır. Son zamanlar bu missiya Britaniya Kral Hərbi Hava Qüvvələrinin üç ədəd “Eurofighter Typhoon” təyyarəsi və Fransa Hərbi Hava Qüvvələrinin 4 ədəd “Mirage 2000” təyyarəsi ilə gücləndirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş