Baş nazirin iştirakı ilə Müdafiə Nazirliyində müşavirə keçirilib

Azərbaycanın baş naziri Artur Rasizadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib. Bu barədə “Azeridefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi məsələləri müzakirə olunub.

Toplantıda Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş