Baş Prokuror Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı bəyanat verib

Baş Prokuror Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı bəyanat verib

Baş Prokuror Kamran Əliyev “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynəlxalq qurumlara müraciət olunması ilə bağlı bəyanat verib.

Azeri Defence saytının məlumatına görə, bəyanatda bildirilib ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir. Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş