Baş Prokurorluğun əməkdaşları Silahlı Qüvvələrə yardım Fonduna 1 280 000 manat vəsait köçürüblər

Baş Prokurorluğun əməkdaşları Silahlı Qüvvələrə yardım Fonduna 1 280 000 manat vəsait köçürüblər

Cəbhədə qələbələrimizdən ruhlanan Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanlarının işçiləri həmrəylik nümayiş etdirərək könüllü olaraq 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəliblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, bu addım ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan prokurorluq orqanlarının əməkdaşları bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.

Məlumatda o da qeyd olunub ki, Prokurorluq işçiləri fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş