Baş Prokurorluq: Ermənistan ordusu Bərdə şəhərinə qadağan edilmiş kaset bombaları atıb, 3 mülki şəxs ölüb

Baş Prokurorluq: Ermənistan ordusu Bərdə şəhərinə qadağan edilmiş kaset bombaları atıb, 3 mülki şəxs ölüb

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Azeri Defence” saytına bildirilib ki, nəticədə 3 mülki şəxs həlak olub, bir neçə şəxs isə xəsarət alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş