Ermənistanın təxribatları nəticəsində 100 mülki şəxs həlak olub, 416 nəfər yaralanıb

Ermənistanın təxribatları nəticəsində 100 mülki şəxs həlak olub, 416 nəfər yaralanıb

Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən dekabrın 7-dək olan müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin yeni statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Azeri Defence”ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 100 nəfər həlak olub, 416 nəfər isə xəsarət alıb.

Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 4186 ev, 135 çoxmənzilli yaşayış binası və 548 mülki obyekt yararsız vəziyyətə düşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş