Baş Qərargah rəisi cəbhə bölgəsindəki hərbi hissələri yoxlayır

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlılığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatın, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitin yoxlanılmasıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş