“Bastion-P”nin ilk sınaq atışları keçirildi

Rusiyada K-300P “Bastion-P” sahil raket kompleksinin ilk atış sınaqları keçirilib.

“AzeriDefence”in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Şimal donanmasında keçirilən atışlar müvəffəqiyyətlə başa çatdırılıb. 

Kompleks atış məsafəsi 300 km təşkil edən P-800 “Oniks” hipersəsli gəmi əleyhinə raketlərlə silahlandırılıb.

K-300P “Bastion-P” sahil raket kompleksi 2010-cu ildən HDQ-nin sahil qoşunlarının sınaq mərhələsinə qəbul edilib.

Bu tip raketlər “Kalibr” kompleksinin raketləriylə yanaşı Rusiya HDQ-nin donanmasının yeni döyüş gəmilərinin silahlanmasına daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş