Batumidə Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü keçiriləcək

Bu gün Batumidə üçtərəfli formatda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu məqsədlə Batumi şəhərinə gedib.

Görüşdə üç ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri, müxtəlif layihələr və fəaliyyətlər müzakirə ediləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş