“Bayraktar TB2” PUA Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac olunub

“Bayraktar TB2” PUA Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac olunub

Türkiyə dron istehsalı ilə məşğul olan 6 ölkədən biridir.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar “World Net Summit” beynəlxalq onlayn konfransda çıxışı zamanı deyib.

O, pilotsuz uçuş aparatı sənayesində fəaliyyətləri, inkişaf strategiyaları barədə geniş məlumat verib. Hərbi milli sənaye hərəkatında dronların əhəmiyyətli rolundan bəhs edib. Vətən müharibəmizdə də istifadə edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına geniş yer verib.

Bildirib ki, bu aparatlar Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac olunub. Hazırlanmasında süni intellektdən istifadə edilən “Bayraktar TB2”nin detallarının 93 faizi milli istehsaldır.

O, həmçinin pandemiya dövründə süni tənəffüs cihazları istehsalına başladıqlarını diqqətə çatdırıb və cihazların strukturu haqda danışıb.

KATEQORIYA:
Bu xəbəri paylaş