“Bayraktar TB2” PUA-nın biri Türk Ordusuna 6 milyon dollara başa gəlib

Türkiyə Quru Qoşunları və Əmniyyət Baş İdarəsi “Baykar Makina” şirkətinə 6 ədəd “Bayraktar TB2” taktik pilotsuz uçuş aparatının alınması üçün 36 milyon 77 min ABŞ dolları vəsait ödəyib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.

Müdafiə naziri Fikri İşıq CHP-dən olan millət vəkili Erən Erdəmin göndərdiyi sorğunun cavabında 6 PUA-nın alınması üçün 36 milyon 77 min ABŞ dolları vəsait ödəndiyini təsdiqləyib.

Qeyd edək ki, yerüstü idarəetmə stansiyası, texniki qulluq və dəstək xidmətləri daxil bir PUA 6 milyon dollara başa gəlir. Müdafiə Sənayesi Katibliyi isə bu gün yaydığı açıqlamada “Bayraktar TB2″nin 2005-ci ildə xaricdən tədarük edilən sistemlərdən (“Heron” – red) 60 faiz ucuz olduğunu qeyd edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş