“Bayraktar TB2” taktiki PUA-nın gecə şəraitində uçuşları keçirilir

“Bayraktar TB2” taktiki PUA-nın gecə şəraitində uçuşları keçirilir

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan “Bayraktar TB2” taktiki pilotsuz uçuş aparatının (PUA) gecə uçuşları keçirilib.

“Azeri Defence”nin məlumatına görə, bu barədə “Baykar” şirkətinin texnik müdiri və T3 Fondunun İdarə Heyətinin sədri Səlçuk Bayraktar özünün rəsmi sosila media heabında deyib.

S.Bayraktar bildirib ki, “Bayraktar TB2” taktiki PUA-nın 7/24 (7 gun 24 saat) uçuş təlimləri devam edir.

Havada 24 saat qala bilən PUA-nın uşuş hündürlüyü 7300 metr, sürəti 70 uzl, radiolinklə idarəetmə məsafəsi 150 km təşkil edir. 100 at gücündə mühərriklə təchiz olunmuş, avtomatlaşdırılmış uçuş idarəetmə və 3 ehtiyat avtopilot sisteminə malik “Bayraktar TB2” GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir.

“Bayraktar TB2” PUA-larında tətbiq edilən Canlı Yayım Transfer Sistemi (BGAM) real vaxt rejimində görüntünün köçürülməsinə, arxivləşdirilməsinə, eyni zamanda canlı yayımları çox sayda istifadəçinin (komanda məntəqəsi, mərkəzi komanda məntəqəsi, əməliyyat bölgəsindəki komandirin tableti üzərindən) izləməsinə imkan verir.

Maksimum çəkisi 630 kq təşkil edən pilotsuz uçuş aparatı “Wescam MX-15D” elektro-optik komplekslə təchiz olunub. Zərbə versiyası ROKETSAN şirkətinin istehsalı olan idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə silahlandırılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş