BƏƏ ilə Rusiya arasında iri satınalmaları nəzərdə tutan sazişlər imzalanıb  

IDEX-2017 müdafiə texnologiyaları sərgisində Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ilə Rusiyanın hərbi sənaye müəssisələri arasında özündə iri satınalmaları nəzərdə tutan sazişlər imzalanıb.

“AzeriDefence”nin məlumartına görə, bu barədə açıqlamanı sərginin Təşkilat Komitəsinin nümayəndəsi Mühannad əl-Bədri deyib.

O bildirib ki, bu iki ölkə arasında milyon dollarlarla dəyəri olan müqavilələr imzalanıb. Təkcə ötən gün tankəleyhinə raket sistemlərinin alınması ilə bağlı BƏƏ-nin müvafiq qurumunun “Rosoboroneksport”la imzalanan sazişin dəyəri 700 milyon ABŞ dollarıdır.

BƏƏ Silahlı Qüvvələrinin generalı Rəşid əş-Şəms də faktı təsdiqləyib və digər sərgilərlə nisbətdə İDEX-2017-də Rusiya ilə satınalmalara dair razılaşmaların daha çox olduğunu söyləyib.

“Rosoboroneksport”un baş direktorunun müavini İqor Sevastyanov rus silahının BƏƏ-yə satışının həyata keçirilməsi üçün danışıqların daha geniş formatda davam etdiriləcəyini qeyd edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş