BƏƏ-nin NİMR şirkəti Türkmənistanla hərbi maşınların ixracına dair müqavilə imzalayıb

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Defence Industries Company (EDIC) şirkətlər qrupuna daxil olan “NİMR Automotive” şirkəti Türkmənistan Müdafiə Nazirliyi ilə hərbi maşınların ixracına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə “NİMR Automotive” şirkətinin mətbuat mərkəzindən məlumat verilib.

Şirkət imzalanmış müqavilənin NİMR-in ilk beynəlxalq ixrac müqaviləsi oluduğunu elan edib.

İmzalanan müqavilənin əhəmiyyətindən danışan “NİMR Automotive” şirkətinin baş direktoru Dr. Fahad Saif Harhara Al Yafei qeyd edib ki, Türkmənistanla olan müqavilə dünya bazarında onların istehsal etdikləri nəqliyyat vasitələrinin keyfiyyət və rəqabət qabiliyyətini təsdiqləyir: “Bundan əlavə, müqavilə BƏƏ ilə Türkmənistan arasındakı yaxın və davamlı əlaqələri göstərir”.

Müqavilə NİMR-in Türkmənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələri ilə əlaqələrinin davamlı artımını təmin edir.

Qeyd edək ki, “NİMR Automotive” şirkətinin istehsalı olan NIMR LRSOV və “Ajban 440” avtomobilləri oktyabr ayının 27-də Türkmənistanın “Müstəqillik Günü” paradında rəsmi şəkildə nümayiş edilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş