
Belarus aviasiya parkını təkmilləşdirir
Belarusun “558-ci aviasiya təmir zavodu” tərəfindən əsaslı təmir edilən 4 ədəd Su-25 döyüş təyyarəsi Hərbi Hava Qüvvələrinə və Hava Hücumundan Müdafiə Qoşunlarına təhvil verilib.
Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.
Bununla “558-ci aviasiya təmir zavodu” ilə HHQ və HHMQ arasında Su-25 döyüş təyyarələrinin əsaslı təmiri üçün imzalanmış müqavilə başa çatıb.
Məlumatda o da qeyd edilib ki, “558-ci aviasiya təmir zavodu” tərəfindən bu günə qədər Su-25 təyyarələrinin 100-dən çox hissəsində təmir işləri aparılıb və 8 ədəd Su-25 əsaslı şəkildə modernləşdirilib.
KATEQORIYA: Xəbərlər