Belarus Azərbaycana müdafiə təyinatlı avadanlıqlar ixrac edib

Belarus Azərbaycana müdafiə təyinatlı avadanlıqlar ixrac edib

Belarusun müdafiə sənayesi sektorunda fəaliyyət göstərən “ATE Engineering” şirkəti Azərbaycana mobil diaqnostika mərkəzi və test cihazları ixrac edib.

Bu barədə “AzeriDefence”ə “ATE Engineering” şirkətindən məlumat verilib.

Şirkətin hazırladığı test cihazları Azərbaycanın Raket-Artilleriya Qoşunlarında və Hava Hücumundan Müdafiə Qoşunlarında raketlərin istismara yararlılığının yoxlanılması üçün istifadə edilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş