Belarus “Berkut” uçan hədəf sisteminin yeni modifikasiyasını hazırlayıb

Belarus “Berkut” uçan hədəf sisteminin yeni modifikasiyasını hazırlayıb

Belarusun “Beltexeksport” şirkəti “Berkut” reaktiv mühərrikli uçan hədəf sisteminin yeni modifikasıyasını hazırlayıb.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Şirkət mütəxəssiləri tərəfindən hazırda “Berkut” uçan hədəf sisteminin yeni modifikasiyasının sınaqları keçirilir. Yeni “Berkut”un çəkisi 40 kiloqramdır və bir saata qədər havada qala bilir. Yeni “Berkut” uçan hədəf sisteminin sələfi ilə müqayisədə uçuş sürəti artırılaraq 600 km/saata çatdırılıb.

“Beltexeksport” mütəxəssislərinin sözlərinə görə, məhsulun yaradılmasında qabaqcıl texnologiyalardan istifadə edilib. Yeni “Berkut” yüksək aerodinamik xüsusiyyətlərə malikdir. Hədəfin enişi daxili paraşüt sistemindən istifadə etməklə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəlki “Berkut-VM” uçan hədəf sisteminin çəkisi 35 kq, sürəti 450 km/saat, uçuş müddəti 30 dəqiqədir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş