Belarus hərbi paradda yeni zirehli maşınlarını nümayiş etdirəcək

Belarus hərbi paradda yeni zirehli maşınlarını nümayiş etdirəcək

Belarus Dövlət Hərbi-Sənaye Komitəsi mayın 9-da faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Minskdə keçiriləcək hərbi paradda yeni zirehli maşınlarını və qüllə sistemlərini nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.

Nümayiş olunacaq maşınlar arasında Ordunun silahlanmasına yeni qəbul edilmiş, V-1 zirehli maşın ailəsinin üzərində DBM-T12.7 döyüş modulu quraşdırılan yüngül zirehli MZKT-490100-018 nəqliyyat vasitəsi və “Şerşen” tank əleyhinə idarə olunan raket kompleksi ilə silahlandırılan MZKT-490100/V-1 “Volat” nəqliyyat vasitəsi xüsusi yer alacaq.

Ümumilikdə V-1 zirehli maşın ailəsinin 7 müxtəlif modulyar versiyası mövcuddur.

Hərbi paradda nümayiş olunacaq BRDM-4B kəşfiyyat atəş maşını 2019-cu ildə Belarusiya Silahlı Qüvvələrinin texnika parkına qəbul edilib. BRDM-4B rabitə, elektro-optik, radar sistemləri və digər müxtəlif növ kəşfiyyat avadanlıqları ilə təchiz edilib.

V-1 ailəsinin çoxfunksiyalı “Rubon” zirehli maşını uzaqdan idarə olunan DBM-T12.7 döyüş modulu ilə komplektləşdirilib. DBM-T12.7 gecə/gündüz hər cür hava şəraitində atəş açmağa imkan verən elektro-optik nişangahla dəstləşdirilib.

6×6 təkər formulasına malik “Zaşitnik” nəqliyyat vasitəsi MRAP sinfinə aiddir. Çoxməqsədli zierhli maşının ümumi çəkisi 19,8 ton təşkil edir. Avtomobil YMZ-239 sürətlər qutusuna birləşən 400 at gücünə malik YAMZ-7511 mühərriki ilə təchiz edilib. 14 nəfər heyəti daşımaq qabiliyyətinə malik “Zaşitnik” yan və arxadan 4-cü dərəcəli, öndən isə 5-ci dərəcəli zirehlə mühafizə olunur. “Zaşitnik” əsasən xüsusi təyinatlı qüvvələrin ehtiyaclarını qarşlamaq üçün hazırlanıb.

Hərbi paradda ilk dəfə olaraq universal UBP zirehli döyüş maşını nümayiş etdiriləcək. 4×4 təkər formuluna malik UBP-nin müxtəlif konfiqurasiyarı mövcuddur. UBP zirehli döyüş maşını heyətin təhlükəsiz daşınmasını, onların mina və zirehdeşən güllələrdən qorunmasını təmin edir. UBP partlayış zərbəsi nəticəsində yarana biləcək travmaları azaltmağa imkan verən xüsusi oturacaqlarla təchiz edilib. 370 litr yanacaq tutumlu UBP Belarus müdafiə sənayesinin istehsal olan 350 at gücündə mühərrikə malikdir. Zirehli avtomobilin yanacaq çəni və şinləri güllə keçirməyən materialdan hazırlanıb. UBP 10 nəfər heyəti daşımaq qabiliyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş