Belarus Mi-24 döyüş helikopterlərini əsaslı təmir edir

Belarus Mi-24 döyüş helikopterlərini əsaslı təmir edir

Belarusun “Orşa aviasiya təmiri zavodu” ASC tərəfindən Silahlı Qüvvələrin aviasiya parkında yer alan Mi-24 döyüş helikopterləri əsaslı təmir edilir.

Bu barədə Azeri Defence saytı Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Əsaslı təmir edilmiş növbəti Mi-24 helikopteri Ordunun silahlanmasına verilib. Bu cari ildə Müdafiə Nazirliyinə təhvil verilən ikinci helikopterdir.

Məlumatda o da qeyd olunub ki, əsaslı təmir edilmiş Mi-24 döyüş helikopterinin yer və uçuş sınaqları keçirilib, qəbul sınaqları uğurla tamamlanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş