Belarus MM-60 yüngül qumbaraatan kompleksini təqdim edib

Minksdə mayın 20-dən 22-dək keçirilən MILEX-2017 8-ci beynəlxalq hərbi texnika sərgisində, “BSVT-VV” MMC-nin hazırladığı MM-60 yüngül qumbaraatan kompleksi təqdim olunub.

“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi məlumata görə, qumbaraatan kompleksi 60 mm kalibrlidir. “BSVT-VV” MMC-nin nümayəndəsi Nikolay Noviçkovun sözlərinə görə, kompleksin ilkin sınaqlarına bu il başlanmalıdır. Ancaq qumbaraatan kompleksinin bütövlükdə 2018-ci ildə sınaqdan keçirilməsi gözlənilir.

İstehsalçının məlumatına əsasən, MM-60 qumbaraatan kompleksinin döyüşə hazır vəziyyətdə tam çəkisi 5 kq-dan çox deyil. Atış məsafəsi isə 500 metrə qədərdir.

Nişangah bloku optik və gecə nişangahlarına malik olmalıdır. Nişangah blokunun “LETT BelOMB” “Elmi-Texniki Mərkəzi” Minsk Elmi-İstehsalat müəssisəsi tərəfindən hazılandığı ehtimal olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş