Belarus müəssisəsi BRDM-in bazasında yeni zirehli maşın hazırlayıb – FOTOLAR

Belarusun “140 nömrəli təmir zavodu” ASC-nin mütəxəssisləri keçmiş sovet BRDM-2 maşınının bazasında “Kayman” adlı yeni zirehli avtomobil hazırlayıb.Bu barədə “AzeriDefence” Belarusun “Vayar” hərbi informasiya agentliyinə istinadən məlumat verib.

Yeni maşının hazırlanmasında BRDM-2-nin gövdəsi əsas götürülüb. Maşında yanda və damda qapılar açılıb, korpusun dizaynı əhəmiyyətli şəkildə dəyişdirilib.

Mühəndislərin sözlərinə görə, maşın kəşfiyyat və diversiya əməliyyatları, patrul xidməti, habelə sülhməramlı əməliyyatlarda istifadə üçün nəzərdə tutulur.

Maşında D‑245 dizel mühərriki, elektronlaşdırılmış yanacağa nəzarət və idarəetmə sistemi, mexaniki ötürmələr qutusu qurulub. Maşında həmçinin BTR-60-da mövcud olan müstəqil fırlanan asma, körpülər, reduktorlardan istifadə olunub.

Yeddi ton çəkiyə malik “Kayman” tam təchizatlı 6 əsgəri daşıya bilir. Maşının sürəti 110 km/saat, gediş ehtiyatı 1000 km-dir. Su maneələrinin öhdəsindən gəlməyi bacaran “Kayman” iki avar vintiylə təchiz olunub. Baza versiyada maşının silahlanmasında PKS və AQS, hər tərəfdə 3 ədəd olmaqla 6 ədəd tüstü qumbarası yer alır. Istehsalçıların fikrincə, maşına əməliyyat tapşırıqlarından asılı olaraq, istənilən döyüş modulunu qurmaq mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş