Belarus Ordusu modernləşdirilən “Osa” ZRK-nin sınaqlarını keçirir

Belarus Ordusu modernləşdirilən “Osa” ZRK-nin sınaqlarını keçirir

Belarusun “2566 Radioelektron silahlarının təmiri zavodu” ASC tərəfindən “Osa” ZRK-nin modernləşdirilmiş 9A33-2B döyüş maşınının prototipinin dövlət sınaqları keçirilir.

Bu barədə “Azeri Defence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, cari ilin noyabrında Hərbi Hava Qüvvələrlərinin və Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrində modernləşdirilmiş 9A33-2B maşınının prototipinin qəbul sınaqları başlayıb.

9A33-2B “Osa” ZRK-nin xarakteristikalarının və qəbul imkanlarının təsdiq edilməsi üçün 2021-ci ilin aprelinə qədər sınaqları davam edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən ilkin sınaqlar samanı 9A33-2B “Osa” ZRK təkmilləşdirilmiş radioelektron sistemi vasitəsilə hədəfin aşkar edilməsi, hədəfin avtomatik izlənilməsi, habelə zenit raketlə hədəfin vurulması ilə əsas xüsusiyyətlərini təsdiqləyib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş