Belarus Ordusu yeni mobil informasiya mərkəzləri ilə təmin edilib

Belarus Ordusu yeni mobil informasiya mərkəzləri ilə təmin edilib

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına IC-2006/1 indeksli mobil informasiya mərkəzi çatdırılıb.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

IC-2006/1 mobil informasiya mərkəzi Belarusun MNIPI şirkəti tərəfindən dövlət müdafiə sifarişi əsasında istehsal edilib. 6×6 təkər formuluna malik nəqliyyat vasitəsi üzərinə inteqrasiya edilən IC-2006/1 informasiya mərkəzi rahatlıqla daşına və istənilən əraziyə qurula bilir.

Qoşunlara informasiya dəstəyi verən IC-2006/1 mərkəzinin yaradılamsında müasir texnologiyadan istifadə edilib. Xüsusilə informasiya mərkəzinin hazırlanmasında sifarişçinin tələblərinə əsasən peyk rabitə avadanlıqlarının xüsusiyyətləri, o cümlədən struktur elementlərin erqonomikası və funksionallığı yaxşılaşdırılıb.

Müdafiə Nazirliyinin mütəxəssislərinin nəzarəti altında keçirilən qəbul sınaqları zamanı göstərilən xüsusiyyətlərin uyğunluğu təsdiqlənib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş