
Belarus Ordusuna yeni rəqəmsal radiostansiya tədarük edilib
Belarus Silahlı Qüvvələrinin rabitə qoşunları R-414MBRP seriyalı yeni rəqəmsal radiostansiya stansiyasının növbəti modelini təhvil alıb.
Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.
“Aqat Elektromexanika Zavodu” ASC tərəfindən istehsal edilən R-414MBRP “Sosna-2” adlı mobil radiostansiya istənilən ərazidə sürətli quraşdırıla bilir.
Dövlət müdafiə sifarişi əsasında 2020-ci ilin əvvəlindən 5 ədəd R-414MBRP seriyalı radiostansiya Silahlı Qüvvələrə çatdırılıb.
R-414MBRP-lərin hazırlanmasında Ordunun silahlanmasında yer alan R-434 “Sitrus” radiostansiyasının praktiki tətbiqetmə təcrübəsi nəzərə alınıb.
R-414 MBRPP “Sosna-2”nin əsas xüsusiyyətlərindən biri əhəmiyyətli konstruksiya dəyişiklikləri olmadan modernləşdirilə bilməsidir.