Belarus “Polonez” reaktiv yaylım atəş sisteminin qoşun sınağını keçirib

Belarus “Polonez” uzun mənzilli reaktiv yaylım atəş sisteminin qoşun sınağını keçirib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Belarus Hərbi Sənaye Komitəsi məlumat yayıb.

“Polonez”dən döyüş atışları pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilib.

Belarus Silahlı  Qüvvələrinin raket-artilleriya qoşunlarının silahlanması üçün nəzərdə tutulan “Polonez”in atış uzaqlığı 200 km təşkil edir. “Polonez” Belarus Ordusunun silahlanmasında olan köhnəlmiş reaktiv yaylım atəş sistemlərini əvəz edəcək.

Komitənin məlumatında qeyd olunub ki, “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil.

Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-leytenant Serqey Qurulev bildirib ki, “Polonez”in yaradılmasına 2 il əvvəl başlanıb. Silahlanmaya qəbul edildikdən sonra da bu sistemin təkmilləşdirilməsi üzərində işlər davam etdiriləcək. “Polonez”in atış mənzilinin 300 kilometrə çatdırılması nəzərdə tutulur.

polonez mlrs

 

https://www.youtube.com/watch?v=eMqK2rANm3o

 

KATEQORIYA:
Bu xəbəri paylaş