Belarus R-27 idarə olunan raketləri təkmilləşdirib

Belarus R-27 idarə olunan raketləri təkmilləşdirib

Belarus Silahlı Qüvvələrinin invertarında yer alan R-27 idarə olunan raketlər təkmilləşdirilib.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Təkmilləşdirilən R-27 raketlərinin növbəti partiyası Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına təhvil verilib.

BSVT şirkəti tərəfindən modernizə edilən R-27 raketləri A-R-27 səviyəsinə çatdırılıb.

Məlumatda o da qeyd olunub ki, ümumilikdə 2019-2020-ci illərdə 140 ədəd R-27 idarə olunan raket təkmilləşdirilərək Belarus Ordusunun silahlanmasına verilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş