Belarus raket proqramlarını inkişaf etdirir

Belarus raket proqramlarını inkişaf etdirir

Belarus prezidenti Aleksandr Lukaşenko may ayının 22-də NPOO “OKB TSP” şirkətinin təcrübi-sınaq sahəsinə baxış keçirib.

“AzeriDefence”nin BELTA agentliyinə istinadən verdiyi məlumata görə, burada prezident Lukaşenkoya Belarusda 2017-2020-ci illərdə həyata keçirilmiş raket istehsalı dövlət proqramının icrası barədə məlumat verilib.

Belarusun Çin raketləri əsasında özünün uzun mənzilli raketlərinin yaradılması üzərində işlədiyini deyən Prezident Aleksandr Lukaşenko bildirib ki, artıq 300 km-ə qədər atış uzaqlığına malik raketlər yaradılıb.

Müəssisədə təqdimat zamanı məlumat verilib ki, sentyabr ayınadək 300 km atış uzaqlığına malik raketlərin birinci təcrübi nümunəsi hazır olacaq. Bu raketin sınağında Çinin poliqonunda keçirilməsi nəzərdə tutulur. Sınaqlarda Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı iştirak etməsi gözlənilir.

Belarus prezidenti bildirib ki, Rusiya tərəfi sınaqların keçirilməsi üçün öz poliqonlarını vermək istəmir: “Bu siqnaldır. Əgər bizim ən yaxın müttəfiqimiz bizimlə raketi istehsal etməyə razılaşmadı və sınaq üçün poliqon vermir”.

Səfər çərçivəsində Aleksandr Lukaşenko modernləşdirilmiş “Buk MB-2K” zenit-raket kompleksinin üzərini imzalayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş