Belarus “Rosa-RB-M” radarını silahlanmaya qəbul edib

Belarus “Rosa-RB-M” radarını silahlanmaya qəbul edib

Belarus Müdafiə Nazirliyi 2 ədəd “Rosa-RB-M” mobil radar sistemini silahlanmaya qəbul edib.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

“Rosa-RB-M” radarı Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının istismarına verilib.

“KB Radar” şirkəti tərəfindən hazırlanan və istehsal edilən “Rosa-RB-M” mobil radar sistemi aşağı hündürlükdə uçan hədəfləri aşkar edə bilir.

“Rosa-RB-M” radarı yüksək manevr imkanları, qısa müddətə hazır vəziyyətə gətirilməsi, 120 km-ə qədər məsafədə hədəfləri aşkarlaması ilə seçilir.

Aşağı hündürlükdə yüksək aşkaretmə dəqiqliyi “Rosa-RB-M” radar sisteminə təyyarə ilə yanaşı PUA və qanadlı raketləri də aşkar etməyə imkan verir.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş