Belarus Rusiyadan “Tor-M2” ZRK-nin növbəti partiyasını alacaq

Belarus və Rusiya arasında “Almaz-Antey” şirkətinin istehsalı olan “Tor-M2” zenit-raket kompleksinin (ZRK) alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda məlumatı Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 25-də Belarus Müdafiə Nazirliyi və “Almaz-Antey” konserni “Tor-M2” zenit raket kompleksi batareyasının növbəti partiyasının çatdırılması haqda müqavilə imzalayıb. “Tor-M2” ZRK-nin alğı-satqısı 2009-cu il dekabrın 10-da Rusiya və Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında imzalanmış müqavilə çərçivəsində həyata keçiriləcək.

Qeyd edilib ki, “Tor-M2” ZRK batareyasının birinci partiyası 2011-2012-ci illərdə Belarus Hava Hücumundan Müdafiənin qoşunlarının 120-ci zenit-raket briqadasının silahlandırılmasına daxil olub. 2014-cü ilin əvvəlində 120-ci zenit-raket briqadasında üç batareya tərkibində “Tor-M2” ZRK divizionu formalaşdırılıb. Ötən ilin sonunda isə bu ZRK 740-cı zenit-raket briqadasında döyüş növbəsinə qəbul olunub.

Qeyd edək ki, “Tor-M2” ZRK təyyarələrin, helikopterlərin, agrodinamik pilotsuz uçuş aparatların, kiçik və orta idarə olunan raketlərin, aşağı hündürlüklərdə uçan yüksək dəqiqlikli PUA-ların məhv edilməsi üçün effektiv vasitə hesab olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş