Belarus şirkəti 80 mm-lik YARS hazırlayır

Belarus şirkəti 80 mm-lik YARS hazırlayır

Belarusun “Aqat İdarəetmə Sistemləri” ASC S-8 tipli 80 mm çaplı idarəolunmayan aviasiya raketlərdən istifadə edən “Fleyta” adlı yaylım atəşli reaktiv sistemini (YARS) yanvarın 31-də nümayiş etdirib.

“AzeriDefence”nin “BelTA” agentliyinə istinadən verdiyi məlumata görə, yeni YARS poliqon sınaqları mərhələsindədir. Sınaqların 2020-ci ildə yekunlaşdırılması gözlənilir.

YARS 4×4 təkər formullu zirehli “Asilak” SHTS avtomobilinin şassisində qurulub. Sistemin komanda-idarəetmə məntəqəsi isə “Asilak” APC-6 zirehli avtomobilinin üzərində yerləşir. Zirehli maşının kütləsi 6970 kq, heyəti 2 nəfər, effektiv atış uzaqlığı 1000 metrdən 3000 metrədəkdir.

“Fleyta” YARS “Alyans” avtomatlaşdırılmış idarəetmə sistemi, həmçinin bort naviqasiya kompleksi ilə təchiz olunub.

“AzeriDefence”nin apardığı araşdırmalara görə, “Fleyta” YARS Yunanıstanın “İnternational Armor” şirkəti ilə birlikdə Yaxın Şərq regionu bazarına satış üçün hazırlanır. “İnternational Armor” şirkətinin rəsmi saytında bu 80 mm çaplı YARS “Flute” (“Fleyta”) olaraq adlandırılır.

Adıçəkilən şirkət öz saytında “Fleyta”nın 122 mm-lik versiyasından da bəhs edib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş