Belarus şirkəti bu günə qədər 2000-dən çox təyyarə təmir edib

Belarus şirkəti bu günə qədər 2000-dən çox təyyarə təmir edib

Belarusun “558 Təyyarə Təmiri Zavodu” (558 ARZ) ASC bu günə qədər 2000-dən çox müxtəlif növ təyyarə təmir edib.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Sovetlər dövründə Su-17 / Su-22 təyyarələrinin təmiri üzrə ixtisaslaşmış “558 Təyyarə Təmiri Zavodu” yaranmasının 79-cu ildönümünü qeyd edir.

“558 Təyyarə Təmiri Zavodu” MDB məkanında və digər ölkələrin silahlı qüvvələrinin istifadəsində olan müxtəlif növ aviasiya texnikalarının, təyyarələrin təmiri və modernləşdirilməsi üçün geniş xidmətlər təqdim edir.

558 ARZ hazırda 4-cü nəsil təyyarələri, eləcə də 4+, 4 ++ nəsil aviasiya texnikalarının (Su-30 təyyarələrinin müxtəlif modifikasiyaları) təmir və modernizasiyasını edir.

Məlumatda o da qeyd olunub ki, hazırda hərbi-texniki əməkdaşlıq üçün müəssisənin tərəfdaşları arasında Avropa, Asiya, Yaxın Şərq, Amerika və Afrika ölkələri var.

KATEQORIYA:
Bu xəbəri paylaş