Belarus Sərhəd Komitəsinin sədri Azərbaycana gəlib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general–polkovnik Elçin Quliyevin dəvəti ilə Belarus Dövlət Sərhəd Komitəsinin sədri general-polkovnik Leonid Maltsevin başçılıq etdiyi nümayəndə heyəti 4-5 avqust tarixlərində Azərbaycanda səfərdə olub.Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında keçirilən görüş zamanı Dövlət Sərhəd Xidməti və Belarus Dövlət Sərhəd Komitəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, miqrasiya proseslərinin idarə edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, təcrübə mübadiləsinin davam etdirilməsi, o cümlədən inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib. Sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, atçılıq mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olub.

KATEQORIYA:
Bu xəbəri paylaş