Belarus “Su-24”dən imtina etdi

Belarus Müdafiə Nazirliyi Su-24 bombardımançı təyyarələrinin istifadəsini dayandırıb. Belarus Müdafiə Nazirliyi Su-24 bombardımançı təyyarələrinin istifadəsini dayandırıb. “AzeriDefence” saytının Belarus KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə müdafiə naziri Yuri Jadobin bildirib.

Müdafiə naziri qeyd edib ki, Su-24 təyyarələri artıq yeni deyil və onların imkanları tükənib: “Hazırda hökumət silahlanmadan çıxarılan təyyarələrin bundan sonrakı istifadəsi haqqında düşünür”.

Müdafiə Nazirliyindəki mənbə isə deyib ki, SSRİ dağıldıqdan sonra Belarusun hərbi təyyarə parkında 35 ədəd Su-24 olub.

Qeyd edək ki, bundan başqa Rusiya Müdafiə Nazirliyi də Su-24 təyyarələrinin uçuşuna qadağa qoyub. Buna səbəb 2011-ci ildə Su-24 təyyarələrinin bir-birinin ardınca qəzaya uğraması olub.

Hazırda MDB ölkələrindən Azərbaycan, Ukrayna, Qazaxıstan və Özbəkistanın Hərbi Hava Qüvvələrinin təyyarə parkına Su-24 təyyarələri daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş