Belarus yeni döyüş maşınının ilkin hazırlıqlarını yekunlaşdırıb

Belarusun “2566 Radioelektron silahlarının təmiri zavodu” tərəfindən istehsal edilən 9А33-1B döyüş maşınının təlimləri sona çatıb.

“AzeriDefence”nin Belarus Dövlət Müdafiə Sənayesi Komitəsinə istinadən verdiyi məlumatına görə, təlim zamanı məhsulun tələblərə uyğun texniki xarakteriskası öz təsdiqini tapıb.

Təlimlər poliqon şəraitində həyata keçirilib. Bu zaman texnikanın uzaq məsafəni aşkar etmə, radiolakasiya tezliyi və avtomatik optik kanal vasitəsilə uzaqlığı müşayət olunması kimi məqamların keyfiyyəti təlim şəraitində öyrənilib.

9А33BM2 (9А33BМ3) döyüş maşınının 9А33-1B variantında modernləşdirilməsi kompleksin radioelektron avadanlıqlarını 70 faiz yaxşılaşdırıb.

Məlumatda o da qeyd olunub ki, ilk dəfə olaraq, yeni modernləşdirilən 9А33-1B döyüş maşınının ilkin varinatı Minskdə geniş ictimaiyyətə təqdim olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş