Belarus yeni idarə olunan raketini sınaqdan keçirib

Belarus yeni idarə olunan raketini sınaqdan keçirib

Belarus müdafiə sənayesinin “Buk-MB” zenit-raket kompleksi üçün milli imkanlar hesabına hazırladığı 9M318 indeksli raketinin sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko jurnalistlərə açıqlamasında deyib.

R.Qolovçenko bildirib ki, yerli istehsal olan 9M318 raketinin sınaqlarının ilk mərhələsi uğurla nəticələnib. Sınaqlar zamanı idarə olunan 9M318 raketi 20 km məsafədən hədəfi yüksək dəqiqliklə vura bilib.

R.Qolovçenko qeyd edib ki, 9M318 raketini sinifində fərqləndirən xüsusiyyətlərdən biri atış uzaqlığının 70 km-ə qədər artırılmasıdır. Raket aktiv avtomatik tuşlanan başlıqla təchiz edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş