Belarus yeni zirehli kəşfiyyat maşını hazırlayır

Belarus yeni zirehli kəşfiyyat maşını hazırlayır

Bearusun “Aqat” elektromexanika zavodu tərəfindən “Ximera” adlı yeni radiasiya, kimyəvi və bioloji kəşfiyyat maşını hazırlanır.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

“Aqat” mütəxəssislərinin sözlərinə görə, Belarus Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji təhdidlərə qarşı ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan “Ximera” maşını taktiki-texniki xüsusiyyətlərinə görə, analoqlarından xeyli üstün olacaq.

“Ximera” kəşfiyyat maşını “Kayman” zirehli transportyorunun şassisi üzərində quraşdırılıb.

Maşının prototipinin MİLEX-2021 Beynəlxalq silah və hərbi texnika sərgisində təqdim edilməsi planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş