Belarus yeni zirehli təmir-təxliyyə maşının istehsalına başlayıb

Belarus yeni zirehli təmir-təxliyyə maşının istehsalına başlayıb

Belarusun “140-cı təmir zavodu” ASC yeni zirehli təmir-təxliyyə maşının istehsalına başlayıb.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.

Zirehli təmir-təxliyyə maşını (Бронированную Ремонтно-Эвакуационную Машину –BREM) əsasən qəzalı, zədələnən və ya sıradan çıxan texnikaların təxliyyəsi, habelə müxtəlif yükqaldırma işlərinin aparılması, çöl şəraitində texnikalara təmir və texniki xidmətlərin göstərilməsi üçün T-72 tankının şassisi əsasında hazırlanıb.

Təmir-təxliyyə avadanlıqları BREM-in üst hissəsində quraşdırılıb. Zirehli maşın 50 ton ağırlığında olan nəqliyyat vasitələrini təxliyyə etmək, 12 ton ağırlığında olan avadanliqları qaldirmaq imkanına malikdir. Bundan başqa BREM zirehli maşınından sığınacaqların açılması və piyada yollarının maneələrdən təmizlənməsində istifadə edilə bilər.

Çəkisi 42 ton olan zirehli maşın 840 at gücündə V-84 mühərrikinə malikdir. Sürəti magistral yolda 60 km/saat təşkil edir. Heyəti üç nəfərdən ibarət olan BREM bir ədəd NSVT pulemyotuna sahib qüllə ilə silahlandırılıb.

 

 

 

 

 

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş