Belaruslu hərbçilər Azərbaycan Ordusunun bölmələrində olublar

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Ordusunun hərbi hissələrində olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələri ziyarət edib.

Qonaqlar əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazası və sülhməramlı qüvvələrin hərbi hissəsində yerləşən hərbi-texniki infrastruktur, inzibati, xidməti binalar və qurğular ilə tanış olub. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Sonra, belaruslu qonaqlar Hərbi Dəniz Qüvvələrinin dəniz hazırlığı və dalğıc poliqonuna gəliblər. İxtisaslaşdırılmış dalğıc mütəxəssislərinin hazırlığı üçün nəzərdə tutulan və ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təchiz edilmiş poliqonun infrastrukturu ilə tanış olan general-mayor O.Belokonev yaradılan şəraiti yüksək qiymətləndirib.

2

3

4

5

6

7

8

9

10

KATEQORIYA:
Bu xəbəri paylaş