Belarusun güc strukturlarının 80-dən artıq əməkdaşı rütbələrdən məhrum edilib

Belarusun güc strukturlarının 80-dən artıq əməkdaşı rütbələrdən məhrum edilib

Belarus Prezidenti Aleksandr Lukaşenko, güc strukturlarının 80-dən artıq keçmiş əməkdaşının hərbi və xüsusi rütbələrdən məhrum edilməsi haqqında 4 may tarixli 174 nömrəli fərman imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Belarus qanunvericilik aktlarına əsasən, ehtiyatda və ya istefada olanlar da daxil olmaqla hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət başçısının qərarı ilə hərbi (xüsusi) rütbədən məhrum edilə bilərlər.

Əhəd Əzizov

KATEQORIYA:
Bu xəbəri paylaş