Belarusun müdafiə naziri Azərbaycana gəlib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvətilə sentyabrın 26-da Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonaqların bir sıra görüşləri və ADEX-2016 beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş