Belarusun yeni zərbə PUA-ları sınaqdan keçirilib

Belarusun yeni zərbə PUA-ları sınaqdan keçirilib

Belarusun “KB Display” şirkəti tərəfindən hazırlanan kvadrokopter tipli pilotsuz uçuş aparatların (PUA) sınaqları keçirilib.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, tank əleyhinə qumbaraatanlarla təchiz olunan “Kvadro-1400” və “Bariyer boru” adlı PUA-ların sınaqları uğurla nəticələnib.

“Kvadro-1400” pilotsuz uçuş aparatı iki ədəd RPG-26 tank əleyhinə qumbaraatanla təchiz edilib. Həm zərbə, həm də kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə qadirdir. Çəkisi 45 kq olan “Kvadro-1400” PUA-nın havada qalma müddəti 25 dəqiqədir. 40 km/saat sürətlə 5 km-ə qədər uça bilər. PUA üzərinə quraşdırılmış avadanlıqdan asılı olaraq video məlumatları 6 min metrədək məsafəyə ötürür.

“Kvadro-1400”dən fərqli olarq “Bariyer boru” PUA daha kiçikdir və bir ədəd RPG-26 qumbaraatan ilə silahlandırılıb. “Bariyer boru” PUA-nın uçuş çəkisi 10 kq-dan çox deyil. Sürəti 45 km/saat təşkil edən PUA-nın havada qalma müddəti 25 dəqiqə, uçuş məsafəsi 2 km-dir. “Bariyer boru” bütün uçuş məsafəsi boyunca video məlumatları ötürə bilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş