Bell Kiowa Warrior Block II helikopterinin sınaqlarına başlayıb

Bell Helicopter şirkəti OH-58 “Kiowa Warrior” helikopterlərinin müasirləşdirilmiş versiyasının uçuş sınaqlarına başlayıb. Bu barədə “AzeriDefence” Bell Helicopter şirkətinin saytına istinadən məlumat verib.

Müasirləşdirilmiş helikopter Block II indeksini alıb. Helikopter daha güclü mühərrik, yeni burun datçikləri, çoxfunksiyalı informasiya displeyləri və gücləndirilmiş arxa vint ilə təchiz olunub.

Qeyd edək ki, ABŞ Ordusu OH- 58 “Kiowa Warrior” tipli helikopterlərini Sikorsky S-97 “Raider” helikopterləri ilə əvəz etməyi planlaşdırır

KATEQORIYA:
Bu xəbəri paylaş