Bell yeni helikopterin təqdim edib

Bell Textron şirkəti özünün yeni helikopterini nümayiş etdirib. Bu barədə “AzeriDefence” Bell şirkətinin saytına istinadən məlumat verib.

ABŞ-ın Texas ştatının Dallas şəhərində keçirilən “Heli-Expo-2012” sərgisində şirkət “Bell-525 Relentless” tipli yeni helikopterini ilk dəfə olaraq ictimaiyyətə təqdim edib.

Yeni maşın “Eurocopter EC175” və “AgustaWestland AW189”un daxil olduğu “yüksək-orta” sinifə aiddir. Helikopter 16 sərnişin daşıya bilir. Əsasən dəniz neft-qaz platformalarına heyətin daşınması üçün nəzərdə tutulub. Yeni helikopter 2 ədəd “General Electric CT7-2F1” mühərriki ilə təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş