Beyləqanda 100 mm çaplı top mərmisi aşkar edilib

Dekabrın 13-də, saat 18:09 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan şəhəri, Birinci Şahsevən kəndi ərazində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən xəbərə görə, havanın qaranlıq olması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dekabrın 14-də həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalının kənarına baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş