Bilgəhdə top mərmisi aşkar edilib

Bilgəhdə top mərmisi aşkar edilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində sahilyanı ərazidə 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan “AzeriDefence”ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş